Zelenski ilə deputat arasında mübahisə düşüb | VİDEO

Zelenski ilə deputat arasında mübahisə düşüb    | VİDEO
  17 İyul 2025    Oxunub:731
Ukrayna prezidenti Volodimir Zelenski ilə müxalif “Avropa Həmrəyliyi” partiyasından Ali Radada deputat olan Aleksey Qonçarenko arasında parlamentin iclası zamanı “söz savaşı” yaşanıb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, deputat Qonçarenko hərbi qulluqçuların mümkün tərxis olunması ilə bağlı sualla müraciət edib.

“Ukrayna düşməni məğlub edəndə döyüşçülər evə qayıdacaqlar. Qonçarenko kimilər cəbhədə onlara kömək edəcəyi zaman onlar rotasiyaya layiqdirlər”, - Volodimir Zelenski kinayəli cavab verib.

Uilkerson: “Zelenski istefaya göndərilməlidir” | VİDEO
Bundan sonra Ali Radanın deputatı “Vicdanlı olmaq lazımdır!” ifadəsi ilə Ukrayna prezidentinə cavab qaytarıb.

Xatırladaq ki, bundan əvvəl Amerika ordusunun istegada olan polkovniki Lourens Uilkerson Moskva ilə Kiyev arasında növbədi danışıqlar raundunun reallaşımasından əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin vəzifədən kənarlaşdırılmasının zəruri olduğunu iddia edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   deputat   mübahisə  



Xəbər lenti